hattab
16.03.2006, 01:58
“Sivasspor” Banquradan imtina etdi
Deyəsən, Pate Banquranın “Sivasspor”a keçidi baş tutmayacaq. Hər halda son hadisələrə əsasən demək olar ki, bu proses ən azı yaya qədər təxirə salınacaq. Səbəb isə çox sadədir. Banqura vizanı gec aldığı üçün “Sivasspor” klubu ondan imtina etmək məcburiyyətində qalıb. Bu sensasion məlumatı isə biz “Sivasspor”un baş meneceri Bülənt Uyqundan aldıq. Superliqanın debütantının transfer siyasətinə cavabdeh şəxs kimi onların Banquranın transferindən imtina etdiklərini bildirdi: “Belə bir şey gündəmdə var idi. Menecer Adnan Dəmir bizə Banquara adlı oyunçu təklif etmişdi. Onu baxışa çağırmışdıq ki, məşqçilər rəy bildirsin. Ancaq həmin futbolçu Türkiyəyə gələ bilmədi və biz də başqalarına dəvət göndərdik. İndi Nigeriyadan yeni futbolçuların gəlişini gözləyirik”. Göründüyü kimi, Banquranın məhz viza probleminə görə yubanması futbolçunun Superliqada oynamaq şansından məhrum etdi. Vəziyyətin dəyişməsi “Gənclərbirliyi” ilə əməkdaşlıq edən menecer Adnan Dəmirlə də əlaqə yaratmağımızı zəruri edirdi. Necə də olmasa, Banquranı “Sivasspor”a məhz o, təklif edib. Menecerlə söhbətimizdə artıq o, özü də qvineyalı forvardın yubanması səbəbindən keçidin baş tutmama ehtimalının çox olduğunu bildirdi: “Azərbaycanda əcnəbi oyunçular üçün Türkiyəyə viza almaq çox çətindir. Məndə olan son məlumata görə, Banqura viza almışdı. Amma artıq çox gecdir. “Sivasspor” onu yanvarın 5-də gözləyirdi. Ona görə də keçid baş tutmasa, heç də təəccüblənmərəm”. Təbii ki, bu günlər ərzində Banquraya viza almaq üçün dəridən-qabıqdan çıxan “Gənclərbirliyi” rəhbərliyinin də hadisəyə necə reaksiya verəcəyi maraqlıdır. Sumqayıt klubunun prezidenti İlqar Nuriyev isə Banquranın transferinin alınmaması xəbərini təsdiqləməklə yanaşı, Türkiyə səfirliyindən narazılığını bildirdi: “Bu məsələ alınmadı və buna görə də Türkiyə səfirliyinə “minnətdar” olmalıyıq. Onlara həm özümüzün, həm də “Sivasspor”un müraciətini göndərmişdik. Amma prosesi çox gecikdirdilər. Ona görə də məsələ artıq gündəmdən düşdü. Xahiş edirəm onlara da müraciət edin. Niyə vizani vermirlər? Bu işdə bizə kömək edin”. Türkiyə səfirliyinin adının çəkilməsini istəməyən əməkdaşı isə viza məsələsinin iki ölkə arasındakı razılaşmaya görə yubandığını dedi. Çünki Banqura başqa bir ölkə vətəndaşı olduğu üçün onun Türkiyəyə yollanması üçün Daxili İşlər Nazirliyinin icazəsi lazım imiş. Ümumiyyətlə, səfirliyin əməkdaşı bildirdi ki, bütün bu məsələləri həll etmək üçün 1-2 ay əvvəlcədən səfirliyə müraciət etmək lazım idi ki, “Gənclərbirliyi” də bunu etməyib.